Gündəm / Hadisə / Dünya

Onlar yanan alovlu şardan tullandılar

Onlar yanan alovlu şardan tullandılar

"Kanal14.az” "THE GUARDİAN” qəzetinə istinadən xəbər verir ki, Latın Amerikası ölkəsi Meksikanın paytaxtı Mexiko şəhərinin 40 kilometrliyində yerləşən qədim Teotihuacan şəhərində keçən şənbə havaya qalxdıqdan sonra hava şarının səbəti yanıb.

Yanğın nəticəsində şardan tullanan biri qadın olmaqla iki turist həyatını itirib, bir qız isə yaralanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Mətbuatda və sosial mediada paylaşılan görüntülərdə iki turistin yanan səbətdən atıldığı anlar yaşanıb.

Kanal14.az
Ulduz Talıblı