Gündəm / Hadisə

Ana və iki oğlu yanan evdə yanaraq ölüb - Sabirabadda DƏHŞƏT

Ana və iki oğlu yanan evdə yanaraq ölüb
Sabirabad rayonunun Zəngənə kəndində evin yanması nəticəsində ana və iki oğlu yanaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır.

Bunlar Sabirabad rayonunun Zəngənə kənd sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı, oğlanları 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu və 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Elmin oğludur.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.