Gündəm / Hadisə / Dünya

Malavidə qasırğada ölənlərin sayı 537 nəfərə çatıb

Malavidə qasırğada ölənlərin sayı 537 nəfərə çatıb

Afrikanın şərqində yerləşən Malavidə təsirli olan "Freddi” qasırğasında itkin düşən 537 nəfərin öldüyü elan edilərək xilasetmə işlərinə son qoyulacağı bildirilib.

"Kanal14.az” Türkiyənin "huriyet” qəzetinə istinadən xəbər verir ki, Afrikanın şərqində yerləşən Malavidə təsirli olan "Freddi” Qasırğasında 600-dən çox adam ölüb . Qasırğadan ən çox zərər görən Malavidə minlərlə insan evsiz qalıb, 345 mindən çox insan qasırğadan zərər çəkib. Malavi Milli Fəlakət İdarəsinin rəhbəri Çarlz Kalemba, bölgədə 17 gündür davam edən axtarış-xilasetmə işlərinin dayandırılacağını bildirərək, "Hələ də təxminən 537 itkin var. 17 gün olduğunu nəzərə alsaq. itkin düşəndən sonra sağ qalma ehtimalı azdır.İtkin düşmüş 537 nəfər ölü elan ediləcək”.

"Freddi” qasırğası ilk dəfə fevralın 21-də Madaqaskarda, 3 gün sonra isə Mozambikdə olub və hər iki ölkədə minlərlə insanı didərgin salıb. Dünya MeteorologiyasıWMO-nun verdiyi açıqlamada 32 gündür Hind okeanı üzərində davam edən fırtınanın tarixin ən uzun fırtınası ola biləcəyi ifadə edilib.

Yığdığı gücü və Hind okeanını keçərək 8 min kilometr səyahəti ilə rekorda imza atan Freddi, fevralın əvvəlində Avstraliya sahillərində peyda olmuş, Mavrikiy və La Reunionu təsir etmiş, daha sonra Madaqaskarı, daha sonra isə Mozambiki vurmuşdur.

Kanal14.az
Anarə Muhəmməd