Gündəm / Dünya

Papanın səhhəti narahatlıq doğurur

Papanın səhhəti narahatlıq doğurur

"Kanal14.az” "THE GUARDİAN” qəzetinə istinadən xəbər verir ki, çərşənbə günü Romadakı Gemelli xəstəxanasına aparılan 86 yaşlı Papa Fransiskin səhhəti dünya üzrə 1,3 milyard katolik üçün narahatlıq doğurur.

Dünən səhər verdiyi açıqlamada Vatikanın sözçüsü Matteo Bruni, Papanın antibiotik müalicəsinə müsbət cavab verdiyini, "qəzet oxuduğunu, işləyə biləcəyini və dua etmək üçün xəstəxananın içindəki kilsəyə getdiyini" söylədi. Tənəffüs yolu infeksiyası diaqnozu ilə xəstəxanada saxlanılan Papada COVID-in olmadığı bildirilib. Onun xəstəxanaya rutin nəzarət üçün gəldiyi deyilsə də, bunun təcili yardımla edildiyi xəbəri onun səhhətinin gözlənildiyindən də pis ola biləcəyi ilə bağlı şərhlərə səbəb olub. 10 ildir ki, katolik dünyasının ruhani lideri vəzifəsini icra edən Papa səhhəti pisləşdiyi üçün bir müddətdir ki, əlil arabasından istifadə edir.

Papa Fransisk də son aylarda səhhətinə görə səyahətlərini azaltmalı olacağını bildirib. Bir neçə gün daha xəstəxanada qalması gözlənilən Papa üçün dua edənlərə ABŞ prezidenti Co Bayden də qoşulub . ABŞ tarixində ikinci katolik prezidenti olan Bayden Tvitter hesabında "Papa mən və həyat yoldaşım Cil dualarındayıq. Dünyanın Papa Fransisə ehtiyacı var”.

Çərşənbə günü çəkilmiş Papanın bu şəkli geniş müzakirə olundu və onun avtomobilinə mindirilərkən çəkilmiş şəkli İtaliyanın mühüm qəzetlərinin ön səhifələrində idi.

Kanal14.az
Aytəkin Talıbqızı