Gündəm / Siyasət / Cəmiyyət / Dünya

Paşinyan Bakının Qarabağa silah ötürülməsi ilə bağlı açıqlamalarını “yalan təbliğat” adlandırıb

Paşinyan Bakının Qarabağa silah ötürülməsi ilə bağlı açıqlamalarını

"Kanal14.az” Türkiyənin "Hürriyət” qəzetinə istinad edərək xəbər verir ki,Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında demişdir: "Azərbaycanın Ermənistanın Qarabağa silah ötürməsi barədə bəyanatı eskalasiyaya hazırlaşmaq üçün təbliğat yalanıdır.

Ermənistandan Qarabağa hərbi yüklərin aparılması ilə bağlı məlumatlar təbliğat yalandır və məqsəd növbəti təcavüz üçün zəmin yaratmaqdır”.
Paşinyan Azərbaycan tərəfinin həmin ölkənin silahlı qüvvələrinin bölmələrinin Ermənistanla sərhəddə yerləşən Laçın rayonunda bir sıra yüksəklik və əraziləri nəzarətə götürməsi barədə bəyanatına münasibət bildirərkən deyib ki, Ermənistandan Qarabağa gedən marşrutda dəyişiklik olub.

"2022-ci ilin avqustunda Azərbaycan və Qarabağın hakimiyyət orqanları yeni yol açmaqla Laçın dəhlizinin marşrutunu dəyişdirmək barədə razılığa gəliblər. Lakin Laçın dəhlizini Ermənistanla birləşdirən yol tam hazır olmadığından müvəqqəti marşrut xətti açılıb. Müqaviləyə əsasən, bu marşrut bu ilin aprelin 1-dək fəaliyyət göstərməlidir.Dünən Azərbaycan tərəfinə bildirdik ki, Ermənistan tərəfi yeni yolu açıb və sərhədçilərimiz onu qoruyacaq.Bütün bunların nəticəsində bizim mövqeyimizdə heç bir dəyişiklik olmayıb” deyə Paşinyan izahat verib.

Kanal14.az
Nizami Təhməzov