Gündəm / Siyasət / Dünya

Moldova prezidenti deyir ki, Dnestryanı problemin həlli Ukraynadakı vəziyyətdən asılıdır

Moldova prezidenti deyir ki, Dnestryanı problemin həlli Ukraynadakı vəziyyətdən asılıdır

"Kanal14.az” xəbər verir ki, bu sğzləri Moldova prezidenti Maia Sandu "Bessarabiyanın səsi ” Xəbər Agentliyinə müsahibəsində deyib ki, Ukraynadakı vəziyyət Dnestryanı problemin həlli üçün şox vacibdir.

"Hazırda geosiyasi vəziyyət çox mürəkkəbdir. Hər şey Ukraynada müharibənin nə vaxt bitəcəyindən asılıdır. Biz inanırıq ki, Ukrayna öz ərazilərini geri aldıqda fürsət yarana bilər. Biz bu qələbəni səbirsizliklə gözləyirik", - deyə o, müxbirin suallarına cavab verərkən deyib. "Kişinyov Dnestryanı problemini təkbaşına həll edə bilmədi”. O, həmçinin vurğulayıb ki, Kişinyov Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında sülh yolu ilə həlli tapmağa çalışır.

Moldova ilə tanınmamış Dnestryanı Respublikası arasında münasibətlər Sandu prezident seçildikdən sonra soyuyub. O, Tiraspola qarşı bir sıra sərt bəyanatlar verib və Dnestryanı lider Vadim Krasnoselski ilə görüşdən imtina edib. Tiraspol, öz növbəsində, Moldova, Dnestryanı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Rusiya və Ukraynanın, eləcə də Avropa İttifaqı və ABŞ-dan olan müşahidəçilərin iştirak etdiyi "5-plus iki" danışıqlarının bərpasına çağırıb. Bununla belə, vasitəçilər Moskva ilə Kiyev arasındakı böhran səbəbindən mexanizmin hazırda təsirsiz olduğunu vurğulayırlar.

Kanal14.az
Aytəkin Talıbqızı