Gündəm / Dünya

Ukraynanın "Avdiivka"sı "Yer üzündən silinir"

Ukraynanın

"Kanal14.az” "DW"a istinadən xəbər verir ki,Ukraynanın cəbhə bölgəsində yerləşən Avdiivka şəhəri Rusiyanın intensiv atəşi fonunda "yer üzündən silinir”.

Rusiya qüvvələri Avdiivkanın cinahlarında son zamanlar tədricən irəliləyişlər əldə edir və Ukrayna ordusu keçən həftə şəhərin "ikinci Baxmut” ola biləcəyini söylədi.

Rəsmilərə görə, mühasirədə olan Baxmutdan təxminən 90 km (56 mil) cənub-qərbdə yerləşən Donetsk vilayətinin Avdiivka şəhərində 2000-ə yaxın mülki şəxs qalıb. Müharibədən əvvəl şəhərin əhalisi 30.000-dən çox idi.

Şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş deyır: "Bazar günündən etibarən şəhərin kommunal xidmətləri bağlanmağa başlayacaq, çünki şəhərin daha çox hissəsi hər gün atəşə tutulur və dağıdılır” V. Baraş daha sonra əlavə etdi: " Şəhər demək olar ki, yer üzündən silinir”.

Kanal14.az
Nizami Təhməzov