Gündəm / Dünya

Moskva yeni ICBM-nin sınaqdan keçirilməsi üçün təlimlərə başlayır

Moskva yeni ICBM-nin sınaqdan keçirilməsi üçün təlimlərə başlayır

"Kanal14.az” "Reuters"ə istinadən xəbər verir ki, Rusiya "Yars" qitələrarası ballistik raket sistemi və bir neçə min hərbçi ilə təlimlərə başlayıb. Müdafiə nazirliyi çərşənbə günü bildirib ki, bu, Moskvanın nüvə gücünü nümayiş etdirmək üçün növbəti cəhdi kimi qiymətləndirilə bilər.

Prezident Vladimir Putin Topol sistemini əvəz edən Yars raket sistemini Rusiyanın "məğlubedilməz silahlarının” bir hissəsinə və nüvə arsenalının yerüstü komponentinin əsas dayağına çevrilməyi hədəfləyib."Təlimlərə ümumilikdə 3000-dən çox hərbçi və 300-ə yaxın texnika cəlb olunub", - Müdafiə Nazirliyinin Telegram-da verdiyi məlumatda deyilir.

Təlimlər Strateji Raket Qüvvələrinin "Omsk” raket birləşməsinə hərtərəfli nəzarət yoxlamasını, "Yars” sistemləri ilə təchiz edilmiş Novosibirsk raket birləşmələri ilə komanda-qərargah təlimini əhatə edir.

Kanal14.az
Nizami Təhməzov