Gündəm / Hadisə / Dünya

İrandan gələn PKK terrorçusu tutulub

İrandan gələn PKK terrorçusu tutulub

"Kanal14.az” "hurriyet” qəzetinə istinad edərək xəbər verir ki, Doğubəyazıt səmtində Türkiyə- İran sərhəd xəttinə yerləşdirilən təhlükəsizlik qüvvələri terror təşkilatı PKK- KCK –nın İran quruluşuna mınsub suriya əsilli, " Memo-Mamo-Noyabr” kod adlı Rodi Edbilla Ehmet adlı şəxsi tutublar. Ondan 1 ədəd Kalaşnikov piyada tüfəngi, 1 ədəd planşet, 2 ədəd kamuflyaj tor, 2 ədəd termal qoruyucu geyim, 1 ədəd termal silah durbin, 1 ədəd monokulyar, 49 Kalaşnikov patronu və 9 tapança gülləsi götürüblər.

Terrorçunun Doğubəyazıt rayonuna müəyyən məqsədlər üçün gəldiyi öyrənilib. Təhlükəsizlik kamerası görüntülərindən Doğubayazıt HDP səmt binasına girdiyi üzə çıxan terrorçunun təşkilatın gənclər təşkilatında fəaliyyət göstərən Botan Ergüllə görüşdüyü müəyyən edilib. Daha sonra ikilinin binadan çıxaraq Ergülün iqamətgahına getdiyi öyrənilib.

Təhlükəsizlik qüvvələri reyd zamanı daha 5 şübhəli şəxsi saxlayıb.

Kanal14.az
Aytəkin Talıbqızı