Gündəm / Siyasət / Dünya

Aİ və Britaniya müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi üzrə danışıqları intensivləşdirib. FT:

Aİ və Britaniya müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi üzrə danışıqları intensivləşdirib. FT:

"Kanal14.az" "Financial Times” qəzetinə istinadən yazır ki, Şimali İrlandiya üzrə yeni ticarət sazişi imzalandıqdan sonra Avropa İttifaqı və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi üzrə danışıqları intensivləşdirib.

Silah istehsalı, kəşfiyyat məlumatlarının mübadiləsi, kibertəhlükəsizlik, terrorizmlə mübarizə, Londonun Avropa Müdafiə Agentliyi ilə əməkdaşlığının genişləndirilməsi sahələrində əlaqələrin gücləndirilməsi gündəmdədir. Qəzet Aİ nümayəndələrindən birinin sözlərini sitat gətirir: "Biz maraqlıyıq və hərbi məsələlərin müzakirəsinə həmişə açıq olmuşuq".

Qəzet xatırladır ki, Böyük Britaniya 2022-ci ildə hərbi aktivlərin Avropa qitəsinə köçürülməsini sürətləndirməyi hədəfləyən Avropa Daimi Struktur Əməkdaşlıq Proqramına (PESCO) qoşulub.

Kanal14.az
Kamal Əsgərov