Gündəm / Siyasət / Dünya

Ukrayna xəbərdarlığı: “Anarxiya arsenala çevrilə bilər”

Ukrayna xəbərdarlığı:

"Kanal14.az” "DW ” ( DEUTSCHE WELLE )a istinadən xəbər verir ki,Ukraynadakı silahların yaxın gələcəkdə beynəlxalq aləmdə yarada biləcəyi risklərlə bağlı xəbərdarlıq edən ekspertlər tarixdən ibrət dərsi alınmasının vacibliyini müdafiə edərək, tədbir görülməsinə çağırıblar.
Beynəlxalq Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs (GI-TOC) xəbərdarlıq edib ki, tədbir görülməsə, Ukrayna gələcəkdə "anarxiya arsenalına” çevrilə bilər.

Mərkəzi Cenevrədə yerləşən GI-TOC tərəfindən nəşr olunan "Rusiya-Ukrayna müharibəsi və qeyri-qanuni silah ticarəti” başlıqlı araşdırma hesabatında Ukraynaya çoxlu sayda göndərilən silah və sursatların dəstələrin, mütəşəkkil cinayətkarların əlinə keçə biləcəyinə diqqət çəkilir
Demokratiya, insan haqları, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində 500-dən çox ekspertin çalışdığı GI-TOC öz sahəsində ən səlahiyyətli təşkilatlardan biri kimi görülür və nəşrləri beynəlxalq aləmdə nəzərə alınır.

Kanal14.az
Aytəkin Talıbqızı