Gündəm / Cəmiyyət / Foto

Qazax şəhər avtovağzalının mülki müdafiə üçün nəzərdə tutulmuş zirzəmisi ticarət mərkəzinə çevrilib

Qazax şəhər avtovağzalının mülki müdafiə üçün nəzərdə tutulmuş zirzəmisi ticarət mərkəzinə çevrilib

Kanal14.az: - Qazax şəhər avtovağzalının mülki müdafiə üçün nəzərdə tutulmuş zirzəmisi ticarət mərkəzinə çevrilib

Bu günlərdə redaksiyamıza Qazax şəhər avtovağzalında mövcud olan bir çox neqativ hallar barədə məlumatlar daxil olub. Verilən məlumatlarda bildirilir ki, şəhər avtovağzalı vağzala deyil, daha çox ticarət mərkəzinə bənzəyir. Beləki ,hal-hazırda burada 30-a yaxın ticarət mağazası fəaliyyət göstərir. Mağazalar və iaşə obyektləri artıq aftovağzalın xaricində və içərisində olması ilə bərabər, insanların mülki müdafiəsi üçün nəzərdə tutulmuş zirzəmidə də yerləşdirilib. Burada "Böyük ucuzluq” adlı 3 mərtəbəli böyük bir mağaza da fəaliyyət göstərir. Müraciətlərin əksəriyyəti isə sözügedən 3 mərtəbəli magazanın zirzəmisi ilə bağlıdır. Vətəndaşların mülki müdafiəsi üçün nəzərdə tututlmuş həmin zirzəmidə ticarət fəaliyyəti göstərildiyi bildirilir.

Qazax şəhər avtovağzalının mülki müdafiə üçün nəzərdə tutulmuş zirzəmisi ticarət mərkəzinə çevrilib


Qazax şəhər sakinlərini narahat edən də məhz bu mövzudur. Çünki, Qazax rayonu mənfur qonşu respublika ilə həmsərhəddir və rayon sakinləri hal-hazırda müharibə gözlənilən şəraitdə yaşayırlar. Hətta bu barədə avtovağzalın " Xan Eyvaz” ləqəbli müdürinə şəhərin bəzi ziyalı və ağsaqqaları məsləhət versələr də, o bunların heç birinə məhəl qoymamış və öz ciblərini doldurmaq üçün,hər şeyi gözə almışdır. Bununla kifayətlənməyən "Xan Eyvaz” kəndlərə işləyən marşrut avtobuslarından hər günə bir 1.50 azn pul yığır. Uzağa gedən manşrutlardan isə daha çox yığılır. Sürücülərin bir neçəsindən müsahibə götürdük. Yığılan pulların qarşılığında hansısa qəbz verilib verilmədiyini soruşduq. Süücülərin bildirdiyinə görə, onlara heç bir qəbz verilmir . Şəhərlər arası marşrut aftobusları isə başqa şeylərdən şikayətçidirlər. Çünki,vağzalın ərazisində marşurut avtobuslarından çox şəxsi mikroavtobuslar və taksilər onların müştərilərini aradan çıxarır ki, buna da "Xan Eyvaz " şərait yaradır. Çünki , vağzal rəhbərliyi tərəfindən onlardan daha çox pul alınır. Vergidən yayınmaları barədə isə, araşdırmalarımız davam edir. Bu haqda sonraki saylarımızda yazacağıq. Avtovağzalın rəhbər şəxləri bu faktlarla əlaqədar, KİV haqqında qanunun 8 maddəsini pozaraq, müsahibə verməkdən imtina edirlər və telefon zənglərinə belə cavab vermək istəmirlər.

Ümidvarıq ki, aidiyyətı qurumlar cavabsız buraxılan suallarla bağlı araşdırma edib bizim redaksiyamıza da yardımçı olarlar.(Shafaqadogru.com)

Qarşı tərəfi dinləməyə və fikirlərini dərc etməyə hazırıq.//Azerinfo