Gündəm / Siyasət

İran Rusiyadan Su-35 qırıcılarının alınması ilə bağlı müqaviləni yekunlaşdırıb

İran Rusiyadan Su-35 qırıcılarının alınması ilə bağlı müqaviləni yekunlaşdırıb

İran Rusiyadan Sukhoi Su-35 qırıcılarının alınması ilə bağlı Rusiya ilə razılaşmanı yekunlaşdırıb.

"Kanal14.az" qeyd edir ki, Rusiyanın Sputnik xəbər agentliyi qırıcıların çatdırılma tarixi və sayı ilə bağlı məlumatların gizli saxlanıldığını bildirib.

Sputnik İranın Nyu Yorkdakı BMT-dəki missiyasına istinad edərək, 1988-ci ildə İran-İraq müharibəsi başa çatdıqdan sonra İranın bir qrup ölkəyə döyüş təyyarələri almaq istəyini təklif etdiyini, Rusiya isə onu satmağa hazır olduğunu bildirib.

"Missiya əlavə edib ki, Su-35 döyüş təyyarələri texniki baxımdan İran üçün məqbuldur. Ona görə də 2020-ci ilin oktyabrından və İranın adi silahların alınmasına qoyduğu məhdudiyyətlərin sona çatmasından sonra (BMT 2231 saylı Qətnamə) İran onun alınması üçün prosedurları tamamlayıb” - deyə, Rusiya xəbər agentliyi qeyd edib.

Sputnik-in məlumatına görə, İranın Birləşmiş Millətlər Təşkilatındakı missiyası razılaşmanın dəqiq nə vaxt tamamlandığını və İranın Rusiyadan neçə təyyarə alacağını dəqiqləşdirməyib və "Onlar məxfi olduğu üçün heç bir təfərrüat açıqlanmayacaq" - deyib.

Daha əvvəl Rusiyanın İrandakı səfiri Aleksey Dedov Sputnik-ə müsahibəsində Moskva və Tehranın Rusiya-İran münasibətləri çərçivəsində yeni sazişin formalaşdırılması üzərində işlədiyini və bunun strateji əhəmiyyət daşıyacağına işarə edərək demişdi.

Səfir həmçinin qeyd edib ki, onun möhkəm və balanslı olması, ikitərəfli əməkdaşlığın yeni reallıqlarını əks etdirməsi vacibdir.

Kanal14.az
Nizami Təhməzov