Gündəm / Siyasət / Dünya

Rusiyanın xüsusi gömrük orqanı Azərbaycanda fəaliyyət göstərəcək?

Rusiyanın xüsusi gömrük orqanı Azərbaycanda fəaliyyət göstərəcək?

Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Azərbaycanda xüsusi Rusiya gömrük orqanı yaradıla bilər.

"Kanal14.az" qeyd edir ki, bu barədə "news.am" saytında məlumat dərc edilib.

"Azərbaycanda Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü təmin edəcək iri Xudat ərzaq qovşağının yaradılması üzrə ayrıca layihə fəal şəkildə inkişaf etdirilir. Bundan əlavə, birbaşa həmin terminalda xüsusi gömrük orqanının yaradılması nəzərdə tutulur. Gömrük əməliyyatlarının əsas hissəsini müvafiq mallar ərazimizə gələnə qədər həyata keçirməyə imkan verir”, - deyə, Rusiya Federal Gömrük Xidməti bildirib.

Kanal14.az
Aytəkin Talıbqızı