Gündəm / Dünya

Serj Tankian ABŞ-a məsləhət verir

Serj Tankian ABŞ-a məsləhət verir

"Kanal14.az” Serj Tankianın Twitter hesabındakı paylaşıma istinadən xəbər verir ki, tanınmış musiqiçi və Amerikanın məşhur erməni rok qrupu "System Of a Down”-un solisti Serj Tankian ABŞ-ın Azərbaycana qarşı sanksiyalar tətbiq etməmək siyasətini tənqid edib.

"Problem budur. Əgər bir diktatorun rəhbərlik etdiyi terror dövlətinə Avropa neftini satdığına və ya İrana qarşı İsrail üçün bazaları olduğuna görə ona sanksiya tətbiq etmək fikrində deyilsinizsə, o zaman o, etnik təmizləmə planını həyata keçirməyə əmin olacaq. Onda belə olan halda Ermənistana Ukrayna kimi silahlar verin”.

Kanal14.az
Nizami Təhməzov