Gündəm / Dünya

Berlində qadınlara ictimai hovuzlarda üstü açıq şəkildə üzməyə icazə verilir

Berlində qadınlara ictimai hovuzlarda çılpaq şəkildə üzməyə icazə verilir

Berlində yerli hökumət qadınların ictimai hovuzlarda üstü açıq üzə bilməsi ilə bağlı qərarını açıqlayıb.

"Kanal14.az" "haberglobal"a istinadn bildirir ki, bu qərar üstsüz günəş vannası qəbul etdiyi üçün ictimai hovuzdan qovulan qadının hüquqları uğrunda mübarizəyə başlamasından sonra verilib. Lotte Mies adlı qadının təzminat tələbi qəbul edilməyib.

Mies qərardan sonra "Bütün cinslərin eyni hüquqlara malik olması mənim üçün çox vacibdir" - deyə bildirib. Mies, "Sənin döşün var və başqaları onu qadın döşü kimi görür. O zaman eyni qaydalara malik deyilsən və bu, problemdir" deyib.

Hakimiyyət qadınlara qarşı ayrı-seçkiliyə məruz qaldığını etiraf edib.

Qərara alınıb ​​ki, Berlində ictimai hovuzlardan istifadə edən bütün ziyarətçilər artıq üstü açıq obyektlərdən istifadə etmək hüququna malikdirlər.

Qərar Freikörperkultur kimi tanınan azad bədən hərəkatı tərəfindən alqışlanır.

Kanal14.az
Aynur Qasımova