Gündəm / Siyasət / Dünya

Lavrov ərəb ölkələrinin Ukrayna ilə əsir mübadiləsində yardımından danışıb

Lavrov ərəb ölkələrinin Ukrayna ilə əsir mübadiləsində yardımından danışıb

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin iştirakı ilə Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsinə dair razılaşma əldə olunub.

Onun sözlərinə görə, Rusiya ərəb ölkələrinə bu problemin həllində göstərdikləri yardıma görə minnətdardır.

Sergey Lavrov, Rusiyanın xarici işlər naziri: - "Bunu həyata keçirməyə imkan verən razılaşmalar böyük ölçüdə Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb dövlətlərinin köməyi ilə əldə edilib”.

"Kanal14.az" "Ria novovsti"yə istinadən bildirir ki, nazir hərbi əsirlərin mübadiləsi ilə bağlı işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Xatırladaq ki, martın 7-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi 90 rus əsgərinin Ukrayna əsirliyindən geri qaytarıldığını açıqlamışdı. Bundan sonra Rusiya Federasiyasındakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, Kiyev 70 Ukrayna əsgərini rus əsirləri ilə dəyişməkdən imtina edib.

Kanal14.az
Samirə Əsgərova