Gündəm / Siyasət / Dünya

Gürcüstan davam edən şiddətli etirazlardan sonra “xarici agentlər” haqqında qanun layihəsini ləğv edib

Gürcüstan davam edən şiddətli etirazlardan sonra

Hakim partiya müxalifəti boğmaq üçün istifadə edilə bilən və Rusiya qanunvericiliyinə bənzəyən qanun layihəsini geri götürəcəyini bildirib.

"Kanal14.az” "THE GUARDİAN” istinadən xəbər verir ki,Gürcüstanın hakim partiyası müxalifətin iki gecə davam edən şiddətli zorakı etirazları və qanun layihəsinin mətbuat azadlığını məhdudlaşdıracağı və eyni zamanda ölkənin Aİ üzvlüyünə namizəd olmaq səylərini zəiflədəcəyi ilə bağlı tənqidləri nəticəsində "xarici agentlər” haqqında qanun layihəsini geri götürəcəyini bildirib .

"Gürcü Arzusu” partiyası açıqlamasında bildirib ki, "heç bir qeyd-şərtsiz dəstəklədiyimiz qanun layihəsini geri götürəcək”. O, cəmiyyətdə "qarşıdurmanın” azaldılması zərurətindən bəhs edib.

Minlərlə etirazçı avtoritar dəyişikliyi təmsil edən və Tbilisinin Aİ-yə qoşulmaq səylərini alt-üst edə biləcək qanunvericiliyə qarşı aksiya keçirməkdə israrlıdı.

Kanal14.az
N.Məmərli