Gündəm / Siyasət / Dünya

Bild yazır ki, Zelenski ilə Zalujnı arasında Artemovsk məsələsində fikir ayrılığı yaranıb

Bild yazır ki, Zelenski ilə Zalujnı arasında Artemovsk məsələsində fikir ayrılığı yaranıb

"Kanal14.az" "Pravda.com.ua"ya istinadən xəbər verir ki, Almaniyanın "Bild” qəzeti Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında Artyomovsk (Baxmut) ətrafındakı vəziyyətlə bağlı fikir ayrılıqları barədə yazıb.

Bild-in yazdığına görə, Zelenskinin ətrafı siyasi səbəblərə görə Artyomovski sona qədər saxlamaqda israrlıdır və Ukrayna Silahlı Qüvvələri bu məsələdə Zalujnıya dəstək verir.

Bundan əvvəl Ukraynanın keçmiş baş prokuroru Yuri Lutsenko bildirib ki, Ukrayna hərbçiləri Artyomovski tərk etmək əmri alıblar .

Kanal14.az
Samirə Əsgərova