Gündəm / Siyasət / Dünya

Nigeriyanın yeni prezidenti kimdir?

Nigeriyanın yeni prezidenti kimdir?

Nigeriyada fevralın 25-26-da keçirilən prezident seçkilərində hakim partiyanın (Bütün tərəqqipərvər güclərin konqresi partiyası) nümayəndəsi, Laqos ştatının sabiq qubernatoru 70 yaşlı Bola Əhməd Tinubu qalib gəlib.

"Kanal14.az” "AZƏR.TAC" a istinadən xəbər verir ki, Nigeriya seçki komissiyasının məlumatına görə, Bola Əhməd Tinubu 8 milyon 794 min 726 seçicinin səsini qazanıb. Onun ən yaxın izləyiciləri müxalif Xalq-demokratik partiyasının namizədi, Nigeriyanın sabiq vitse-prezidenti Atiku Əbubəkr 6 milyon 101 min 533 səs, Leyborist partiyanın (Əmək partiyası) namizədi, Anambra ştatının sabiq qubernatoru Piter Obi isə 6 milyon 984 min 520 səs toplaya bilib.

Uzun illərdir terror və silahlı dəstələrin hücumlarına məruz qalan Nigeriya son zamanlar iqtisadi çətinliklərlə də üzləşib. İqtisadiyyatdan təhlükəsizliyə, sosial rifahdan təhsilə qədər müxtəlif sahələrdə seçki vədləri edən Bola Əhməd Tinubu, xüsusən gənclər üçün yaxşı həyat quracağına söz verib. O, ixracı artırmaq və idxalı azaltmaq yolu ilə həm milli valyutanı, həm də xalqın yaşam tərzini gücləndirmək istəyir.

Kanal14.az
Anarə Muhəmməd