Gündəm / Siyasət / Dünya

Müxalifət seçkilərin nəticələrini tanımadı

Müxalifət seçkilərin nəticələrini tanımadı

"Kanal14.az” BBC-yə istinadən xəbər verir ki, müxalifət partiyaları Nigeriyada gərgin şəraitdə keçən Prezident seçkilərinin nəticələrini tanımadılar və elə həmin anda seçkilərin elan etdildiyi məkanı tərk ediblər.

Ana müxalifət hesab olunan Xalqların Demokratik Partiyası və İşçi Partiyası yeni elektron seçki sistemində şəffaflığın olmadığını iddia edirlər. Lakin buna baxmayaraq Seçki komissiyası müxalifət partiyalarının fikirlərini qeyri obyektiv adlandırıb və onların şikayətlərini qəbul etməyib.

Müstəqil Mili Seçki Komissiyasının sədri Mahmud Yakubu seçkilərin vaxtının bir gün uzandığını əsas gətirərək nəticələrin elan olunmasının davam edəcəyini bildirib.

Kanal14.az
Jalə Əsədova