Gündəm / Siyasət / Dünya

İranın xarici işlər naziri və Ermənistanın xarici işlər naziri görüşüb

İranın xarici işlər naziri və Ermənistanın xarici işlər naziri görüşüb

İranın xarici işlər naziri ilə Ermənistanın xarici işlər naziri görüşüb. Görüş zamanı bildirilib ki, hər iki ölkənin əsas siyasəti regionun geosiyasətində baş verə biləcək istənilən dəyişikliyə qarşı çıxmaqdır.

"Kanal14.az" "İRNA"ya istinadən xəbər verir ki, İranın xarici işlər naziri və Ermənistanın xarici işlər naziri görüşüb

Görüş zamanı bildirilib ki, hər iki ölkənin əsas siyasəti regionun geosiyasətində baş verə biləcək istənilən dəyişikliyə qarşı çıxmaqdır.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Cenevrədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. Nazirlər həmçinin Qafqaz regionunda bütün ölkələr arasında kommunikasiyanın inkişafını dəstəklədiklərini, lakin əsas siyasətlərinin regionun geosiyasətində dəyişikliklərə qarşı çıxmaq olduğunu bildiriblər. Görüş zamanı Abdullahiyan Ermənistanla ikitərəfli əlaqələri vurğulayaraq, "Ermənistanla əlaqələrimiz çox köhnə və dərindir, lakin bütün regionun maraqlarına uyğundur. Biz dəfələrlə vurğulamışıq ki, Tehranla İrəvanın yaxşı münasibətləri heç bir ölkəyə vermir”. Eyni şəkildə, Ermənistanın xarici işlər naziri Mirzoyan İranla ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayaraq, "İranın region ölkələrinin suverenliyinə hörmətlə yanaşmasını və regionun coğrafiyasını dəyişməməsi siyasətini alqışlayırıq.

Kanal14.az
Anarə Muhəmməd