Gündəm / Cəmiyyət / Hadisə / Dünya

Onun yazdığı elan hamını təəccübləndirdi

Onun yazdığı elan hamını təəccübləndirdi

Türkiyənin Quşadası rayonunun Türkmən Məhələsində yaşayan bir kişi alt mərtəbədə yaşayan qonşusunun pis əmələrindən bezərək satışa çıxarır.

Qonşusu ilə həmişə cidi problemlər yaşayan həmin şəxs elanda yazır: " Ev çirkin və pis adamlara görə yalnız pis insanlara satılır”.

"Kanal14.az" bildirir ki, bu barədə həqiqətən də evini satışa çıxaran və adının açıqlanmasını istəməyın kişi ona zəng edən " Sözçü” çü qəzetinin müxbirinə demişdir: "Son illər cəmiyyətdə böyük bir pozulma var. İnsanlar arasında çox mənfi xarakter formalaşıb. Mən qonşumdan çəkdiyimi kimsənin çəkməsini istəmirəm, bunu heç kimə rəva bilmirəm.

Buna görə də mən çoxlarının etmək istədiyi, lakin cəsarət etmədiyi və ya edə bilmədiyi bir işi etdim. Qoy o evi almaq istəyən adam özünə sual versin ki, "Mən də bu pis insanlardanammı?"

İstəyirəm ki, o adam düşünsün, dəyərləndirsin. Bilirəm ki, belə bir elan yazmaq satışa mənfi təsir göstərəcək”.

Kanal14.az
N.Məmərli

 
-