Gündəm / Dünya

Pentaqonun keçmiş müşaviri nüvə müharibəsindən qaçmaq üçün Putini dinləməyə çağırıb

Pentaqonun keçmiş müşaviri nüvə müharibəsindən qaçmaq üçün Putini dinləməyə çağırıb

ABŞ hakimiyyəti nüvə fəlakətinin qarşısını almaq üçün Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakının dayandırılması fonunda prezident Vladimir Putini dinləməlidir.

"Kanal14.az" ".Ntv.ru"ya istinadən bildirir ki, bu fikirləri Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

Duqlas Makqreqor, Pentaqonun rəhbərinin keçmiş müşaviri deyib: "Gəlin etiraf edək ki, indi onlarda bizdən daha çox nüvə başlıqları var. Bəlkə daha çox çatdırılma vasitələri və daşıyıcıları. Mən bilmirəm. Bütün bu rəqəmlər bizi çaşdırır. ABŞ və Rusiya birlikdə planeti məhv edəcək qədər güclüdür. Buna heç bir şübhə yoxdur”.

Onun sözlərinə görə, Rusiya liderinin əlində Vaşinqtonun Moskvaya xəyanət etdiyinə dair "bütün sübutların siyahısı” var.

"Ona görə də nə vaxtsa müqaviləni bərpa etmək bizim marağımızdadır və hesab edirəm ki, o (Vladimir Putin. - red.) bunu açıq şəkildə ifadə edib”.

Fevralın 21-də Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın START-da iştirakını dayandırmaq qərarını açıqlayıb. Prezident vurğulayıb ki, Moskva sazişdən çıxmır, daha doğrusu, sazişdə iştirakını dayandırır. Çərşənbə günü Federasiya Şurası plenar iclasda müqavilənin dayandırılması haqqında qanunu yekdilliklə təsdiqləyib.

Kanal14.az
Samirə Əsgərova