Gündəm / Cəmiyyət / Dünya

Artvinin 2 kəndi “SES” və bənd layihələri ilə əlaqədar köçürülür

Artvinin 2 kəndi

Türkiyə Prezidentinin Artvinin Yusufeli rayonunun Yeniköy və Çeltikdüzü kəndlərinin əhalisinin Yusufeli Anbarı və Su Elektrik Stansiyası (SES) Layihəsi ilə əlaqədar məskunlaşdıqları ərazilərdən başqa yerə köçürülməsi ilə bağlı Qərarı Rəsmi Qəzetdə dərc olunub.

"Kanal14.az" "haberglobal"a istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc edilən qərara əsasən, Yusufeli Anbarı və SES Layihəsi çərçivəsində Artvinin Yusufeli mahalına bağlı Yeniköy və Çeltikdüzü kəndlərinin əhalisi köçürülüb başqa yerə yerləşdiriləcək. Qərarda kənd əhalisinin məskunlaşacağı yerin eskizi və sərhəd koordinatlarının siyahısı da əksini tapıb.

Kanal14.az
Jalə Asiman