Gündəm / Hadisə / Dünya

Artvində torpaq sürüşməsi! Mikroavtobusun üzərinə daşlar düşdü: 4 yaralı var

Artvində torpaq sürüşməsi! Mikroavtobusun üzərinə daşlar düşdü: 4 yaralı var

"Kanal14.az"ın "haberglobal"a istinadən verdiyi məlumata görə, Artvində Deriner Barajı-3 Tunelinin çıxışında sürüşmə nəticəsində yamacdan qopan qaya parçaları xidməti mikroavtobusun üzərinə düşüb. Qəza nəticəsində 4 nəfər yaralanıb.

Yusufeli - Artvin yolunun 8-ci kilometrliyində, "Deriner Barajı-3" Tunelinin çıxışında torpaq sürüşməsi baş verib . Yamacdan qopan qaya parçaları tunelin çıxışında yola düşməyə başlayıb.

Bu sırada bəndin tikintisində fəhlələri daşıyan Murat Alpaslanın idarə etdiyi - hərəkətdə olan avtobusa daşlar dəyib. Ön hissəyə düşərək avtomobilin içinə dolan qaya parçaları nəticəsində 4 nəfər yaralanıb.

Polis və təcili tibbi yardım qrupları əraziyə cəlb olunub və yaralılar Artvin Dövlət Xəstəxanasına aparılıb.

Qısa zaman sonra işçi qruplar iş maşınları ilə yolu açıb.

Kanal14.az
Fatimə Kamalqızı