Gündəm / Dünya

Mən müharibənin uzun sürəcəyini gözləyirəm - Gülnaz Şərafəddinova

Mən müharibənin uzun sürəcəyini gözləyirəm - Gülnaz Şərafəddinova

Gülnaz Şərafəddinova tatar türküdür. Tatarıstanda anadan olyb. Hazırda Böyük Britaniyada yaşayır. London Kral Kollecinin Rusiya siyasəti profesorudur. Gülnaz xanım Corc Vaçinqton Universitetinin fəlsəfə doktoru dərəcəsinə malikdir. Bir çox elmi əsərlərin vı nəzəriyyələrin müəllifidir. O, hazırda Rusiya cəmiyyətinin Ukraynaya qarşı müharibəsinə necə reaksiya verməsilə bağlı araşdırmalar aparır. Analitik- siyasi ekspertdir.

"Kanal14.az” olaraq, Gülnaz Şərafəddinovanın "Aljazeera"ya verdiyi qısa müsahibəsini hörmətli oxucularımızın diqqətinə çatdırırıq.

"İqtisadiyyat baxımından Rusiya biznesi və hökuməti yüksək uyğunlaşma qabiliyyəti nümayiş etdirsələr belə uyğunlaşma universal deyil və məsələn, avtomobilqayırma sənayesi kimi bəzi sənaye sektorları 60 faiz və ya daha çox azalıb. Sanksiyalar Rusiya iqtisadiyyatını gərginləşdirir, xüsusən də enerji ticarətindən əldə olunan gəlirləri sıxışdırmaqda davam edir.

Mən müharibənin uzun sürəcəyini düşünürəm. Bununla belə Ukraynanın əks - hücumunu və onun Rusiyanın fikirlərini dəyişdirə biləcək nəticələrini səbirsizliklə gözləyirəm. Ukrayna qüvvələri daha əvvəl öz ərazilərini geri almaq imkanlarını nümayiş etdiriblər, ona görə də buna ümid var".

Kanal14.az
Samirə Əsgərova