Gündəm / Dünya

Hollandiyadan Rusiya-Ukrayna müharibəsi ilə bağlı qorxulu proqnoz

Hollandiyadan Rusiya-Ukrayna müharibəsi ilə bağlı qorxulu proqnoz

"Kanal14.az” " sözcu.com.tr"a istinadən xəbər verir ki, Hollandiyanın xarici işlər naziri Wopke Hoekstra, Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam edəcəyini ifadə edərək, "Yolun yarısına belə çatmamışıq" dedi.

Hoekstra "Algemeen Dagblad” qəzetinə verdiyi müsahibədə Ukraynaya hərbi yardımın sürətini azaltmadan davam etməli olduğunu bildirib.

Rusiya – Ukrayna müharibəsində daha çox əzmkarlığa ehtiyac olduğuna diqqət çəkən Hoekstra, "Biz dözməliyik. İndi dəstəyi dayandırmaq olmaz, yoxsa hər şey boşa çıxacaq. İkinci dünya müharibəsinin tezliklə bitəcəyini düşünürdülər. Hələ yolun yarısını belə tamamlamamışıq”- deyib.

Müharibənin nə qədər davam edəcəyinə başqalarının əvəzinə Ukraynanın qərar verəcəyini vurğulayan Hoekstra, "Biz onları dəstəkləyirik. Silah və texnikanı aylarla, bəlkə də illərlə daşımaqdan başqa seçiminiz yoxdur. Əks halda, danışıqlardan danışmağa belə ehtiyac yoxdur. Döyüş meydanında güclü olanlar sonda danışıqlar masası arxasında uğur qazanacaqlar” -deyə, əlavə edib.

Kanal14.az
Ulduz Talıblı