Gündəm / Siyasət / Dünya

ABŞ prezidenti verdiyi vədinə əməl edəcək

ABŞ prezidenti verdiyi vədinə əməl edəcək

O, Koalisiya üzvləri ilə birlikdə Ukraynaya 700-dən çox tank verə biləcəyini açıqlayıb.

"Kanal14.az” "TASS”a istinadən xəbər verir ki, ABŞ Prezidenti C. Baydenın sözlərinə görə, ABŞ Atlantik okeanından Sakit okeana qədər ölkələrin koalisiyasını yaratmağa nail olub. Birləşmiş Ştatlar və onun dünya üzrə müttəfiqləri Kiyevə 700-ə yaxın tank və "minlərlə” digər zirehli texnika ötürməyi öhdələrinə götürüblər.
Bunu bazar ertəsi ABŞ prezidenti Co Bayden Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Onun çıxışı NBC telekanalında yayımlanıb.

Amerika lideri qeyd edib ki, ABŞ Atlantik okeanından Sakit okeana qədər 50-dən çox ştatdan ibarət ölkələrin koalisiyasını yaratmağa nail olub.
Biz hamımız 700-ə yaxın tank və min zirehli texnika, min artilleriya sistemi, iki milyondan çox artilleriya mərmisi, 50-dən çox təkmil reaktiv yaylım atəşi sistemi və hava hücumundan müdafiə sistemi tədarük etməyi öhdəmizə götürmüşük”.

Kanal14.az
Anarə Muhəmməd