Gündəm / Siyasət / Dünya

Baydendən Rusiyaya "göz dağı" səfəri

Baydendən Rusiyaya

ABŞ prezidenti Co Baydenin Kiyevə gözlənilməz səfəri gedişatda ciddi dəyişiklik olacağından da xəbər verə bilər. Və bu indiki məqamda, əslində, gözlənilən idi.

"Kanal14.az" BBC -yə istinadən bildirir ki, keçən dövrdə Avropa Ukraynanı qorumağa və Rusiyanı susdurmağa çalışsa da, hələki bu mümkün olmayıb.

Avropa Birliyi gözlənilməyən bir güc və birlik nümayiç etdirdi. Bu güc Avropanın Rusiyanı necə gördüyünü və onun öhtəsindən gəlmək, ona yerini göstərmək üçün hər çətinliyə qatlaşa biləcəyini göstərdi. Avropanın enerjisoz qalması Rusiyanın iqtisadiyyatının yoxsullaşması ilə başabaş gedir.

Ancaq Avropa ölkələri lazımi səviyyədə birlik göstərə bilməyib. Bunun da nəticəsində olan Ukraynaya olur. Baxmayaraq ki, Avropa Birliyi Ukraynanın işğalının Avropanı təhlükə altına qoyduğunu deyir.

İkinci Dünya Savaşından sonra Avropada belə ciddi savaş olmayıb. Soyuq müharibənin ardından Avropada nüvə bombalarının da partlaması ehtimalı xeyli ciddiləşir.

Baydenin Kiyevə qəfil səfəri də Rusiyanın Ukraynaya hücumunun bir illiyi dövrünə təsadüf edir. Görünən o ki, ABŞ Ukrayna məsələsində nə qədər ciddi olduğunu məhz bu səfəri ilə Putin hakimiyyətinə qəti şəkildə bildirdi.

Kanal14.az
Asiman Əsədsoy