Avropa Şurasının prezidenti Şarl Mişel bu gün Polşanın paytaxtı Varşavada keçiriləcək donorlar konfransında Ukrayna ilə bağlı Avropada "Marşal planı”nın başlanğıc nöqtəsi olacağını vurğulayıb. 

"Unikal" xəbər verir ki, Mişel bu barədə "İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində bildirib.

"Məncə, bu konfrans Ukrayna üçün Avropa "Marşal Plan"ının başlanğıc nöqtəsi olmalıdır. Məhz bunu etməliyik, biz Ukraynanı mümkün qədər dəstəkləyəcəyimizə dair güclü siqnal göndərməliyik”, - deyə Avropa Şurasının prezidenti bildirib.

O, cari hadisələri "uzaqgörən insanların İkinci Dünya Müharibəsindən sonra Avropa qitəsini bərpa etmək üçün sərmayə qoymağa qərar verdiyi ötən əsrin” hadisələri ilə müqayisə edib.

"İndi, bu əsrdə Ukraynaya qarşı müharibə bəşər faciəsidir, bu o deməkdir ki, bu gün uzaqgörən liderlər biz cəsarətli, qətiyyətli olacağımızı, Ukraynanı nəinki sözlə, nəinki nitqlə dəstəkləyəcəyimizi göstərməlidirlər – kifayət qədər deyil. "Bizə həll yolları lazımdır", bizə pul lazımdır, güclü koordinasiya lazımdır, siyasi iradə lazımdır", - Mişel əlavə edib.