Gündəm / Cəmiyyət / Hadisə / Dünya / Foto

Dağıntılar altından çıxan vəsiyyət ürək parçaladı: Mənə bir şey olsa... - FOTO

Dağıntılar altından çıxan vəsiyyət ürək parçaladı: Mənə bir şey olsa... - FOTO

Hatay Antakyada yaşadığı binada yaxalanan və Kahramanmaraşda baş verən zəlzələlərdə dünyasını dəyişən Ayşəgül Çinin vəsiyyəti üzə çıxıb.
Çinin qızıllarını qoyub getdiyi anası da həmin qəzada dünyasını dəyişib.

"Kanal4.az" "Haberglobal"a istinadən bildirir ki, Antakyanın Odabaşı məhəlləsindəki Süleyman Mutlu mənzilində anası Məryəm Çinlə birlikdə yaşayan Ayşəgül Çin Kahramanmaraş mərkəzli zəlzələlərə burada yaxalanıb. Ayşəgül və anası yaşadıqları evin dağılmasından sonra həyatını itirib.

Dağıntılar altından çıxan vəsiyyət ürək parçaladı: Mənə bir şey olsa... - FOTO

Zəlzələnin ilk günündən dağılmış binada iş aparan Bahçelievler Bələdiyyəsinin axtarış-xilasetmə qrupları dağıntılar altında Ayşəgül Çinə məxsus qızılları tapıblar. Komandalar qızılların olduğu çantada qeyd olduğunu görüblər. Ayşəgül Çinin qeydində "Başıma bir şey gələrsə, çantanın içindəki hər şey anama məxsusdur. İstəyirəm ki, onlardan Həcc və Ümrə üçün istifadə etsin".

Komandalar dağıntılar altından çıxardıqları qızılları və bir qədər də valyutanı Ayşəgül Çinin qardaşı Hüseyn Çinə çatdırıblar.

Hüseyn Çin isə "Qızıl qardaşımın uşaqlarına gedəcək”- deyib.

Kanal14.az
Kamal Əsgərov