Gündəm / Cəmiyyət / Dünya

Qazprom yubileyini qeyd edir

Qazprom yubileyini qeyd edir

Vladimir Putin "Qazprom” kollektivini yaranmasının 30-cu ildönümü münasibətilə təbrik edib və şirkəti təbii qaz ehtiyatları, hasilatı və tədarükü üzrə qlobal lider adlandırıb.
"Kanal14.az" "Ntv.ru"ya istinadən bildirir ki, Qazprom 30 illik yubileyini qeyd edir. Şirkət planetin ən zəngin təbii qaz ehtiyatlarına, ən böyük hasilat həcminə və dünyanın ən böyük qaz ötürmə sisteminə malikdir. Qazprom əsas neft və LNG istehsalçılarından biridir. İlin 365 günü, istənilən hava şəraitində şirkət ölkəni təmiz enerji ilə təmin edir, yaxın və uzaq xarici ölkələrə yanacaq ixrac edir.

Qazprom qazlaşdırma proqramı kimi strateji layihələr həyata keçirir, mədəniyyətin və sosial sahənin inkişafına fəal sərmayə qoyur . Bütün Rusiyada 2000-dən çox idman kompleksinin tikildiyi "Qazprom uşaqlar üçün” proqramını xatırlamaq kifayətdir. Şirkətin dəstəyi ilə 22 multimedia tarixi parkı yaradılıb, Sankt-Peterburq , Nijni Novqorod, Həştərxan, Tomsk və digər şəhərlərin sahilləri, küçələri və parkları abadlaşdırılıb. Bir çox bölgələrdə yeniyetmələrə məktəbdən yanacaq-energetika kompleksində karyera qurmağa başlamaq imkanı verən Qazprom Dərsləri proqramı da mövcuddur.

Kanal14.az
Samirə Əsgərova