Gündəm / Hadisə / Dünya

Daşqınlardan sonra tufan gözlənilir

Daşqınlardan sonra tufan gözlənilir

Yeni Zellandiyada Ouklend şəhərində güclü yağışlar yağandan həftələr sonra indi də ölkəni Qabriel qaırğası gözləyir. Şənbə günü gecədən başlayaraq Şimal adasını qasırğa vuracağı gözlənilir.

Yerli rəsmilər gözlənilən dağıdıcı təbiət hadisəsi ilə bağlı sakinlərə müəyyən təlimatlar veriblər. Sakinlərə ebdə qapalı qalacaqları halda üç gün boyunca yeyəcəkləri ərzaq tədarük etmələri bildirilib.

Həmçinin bəzi yerli hava reysləri də ləğv edilib.

Qabriel qasırğasının dərəcəsi 3-dən 2-yə dəyişilib. İndi küləklərin şiddəti bir qədər az olacağı deməkdir.

Gözlənilən hadisə idarəetmə rəsmilərini ciddi narahat edir. Həmçinin saminlər də gəginlik içindədir. Son 30-40 ildə belə təhlükələr yaranmamışdı.

Kanal14.az
Kamal Əsgərov