Gündəm / Cəmiyyət / Hadisə / Dünya

Facebook-da atamın öldüyünü gördüm

Facebook-da atamın öldüyünü gördüm

Bu barədə Efiopiyalı tələbə Moti Dejere danışıb. O həmişə olduğu kimi Facebook hesabını açdığında dostlarının və izlədikləri hesabların yeniliklərini görəcəyini deşünürdü, ancaq qarşılaşdığı səhnə başqa oldu. Açdığı xəbər lentində atasının öldüyünü göstərən şəkillərin paylaşıldığını görmüşdü.

Bu hadisə 2018-ci ildə baş verib. Gördeklərindən şoka düşən Moti nğ edəcəyini bilmədiyini söyləyir, hətta psixologiyasının ciddi travma aldığını deyir. Onun atası universitetdə məsul işçilərdən olan keçmiş deoutat olub. Ölüm səbəbi isə siyasi qətl kimi dəyətləndirilir.

"Kanal14.az" qeyd edir ki, Efiopiyanın Oromiya əyalətində belə hallar çox olur.

Həm sosial şəbəkələrdə dezinformasiya ciddi problemdir. Müxtəlif qruplar pz maraqlarına uyğun informasiyalar paylaşırlar. Nəticə etibarilə bu da ciddi informasiya xaosu yaradır.

Moti atasının ölümünü daşıyan yazıların silinməsi ilə bağlı dəfələrlə Facebook-a müraciət etsə də tələblərinin yalnız qısa müddət öncə icra olduğunu BBC-yə bildirib.

Meta şirkətindən isə BBC-yə bildiriblər ki, şirkətin istənilən paylaşımı anında silə biləcək bir sistemi yoxdur. Digər istifadəçilərin də hüquqlarını qorumaq üçün hər tələbi anında yeri yetirmək mümkün olmur. Ancaq u problemin həll edilməsi üçün işlər görülməkdədir.

Kanal14.az
Kamal Əsgərov