Gündəm / Dünya

ABŞ daha bir uçan obyekt vurdu

ABŞ daha bir uçan obyekt vurdu

Cümə gün ABŞ Hərbi Hava Qüvvələri Alyaska üzərində uçan bir obyekti vurub.

"Kanal14.az" bildiir ki, bu bardə prezident Co Bayden də danışıb. Həmçinin rəsmi sözçüsü Con Kibri də məlumat verib.

Məlumatda deyilir ki, bu uçan obyekt Çinə məxsus hava şarının vurulmasından bir həftə sonraya təsadüf edir.

Vurulan obyekt kiçik avromobil ölçüsündə olub yerdən 12000 metr yüksəklikdə uçurmuş. Sürəti saatda 64 km olan bu obyektin kimə aid olduğu bilinmir.

Hazırda həmin obyektin qalıqlarının toplanması üçün düşdüyü yerdə araşdırmalar aparılır.

Kanal14.az
Asiman Əsədsoy