Gündəm / Cəmiyyət / Dünya / Video

Sağ çxarılan Ayşə İlham Əliyevə salam göndərdi - VİDEO

Sağ çxarılan Ayşə İlham Əliyevə salam göndərdi - VİDEO

Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən Türkiyəyə göndərilən axtarış-xilasetmə qrupları dağıntılar altında qalmış insanların xilas edilməsi üçün fasiləsiz olaraq, səylərini davam etdirirlər.

"Kanal14.az" qeyd edir ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bugünə qədər artıq yaşayan 45 nəfəri, 269 nəfərin isə cəsədini çıxarıb aidiyyatı üzrə təhvil veriblər.

Zəlzələnin daha çox dağıntılara səbəb olduğu şəhərlərdən biri olan Malatyada dünən gecə saatlarında xilasedicilərimizin sağ çıxarmağa nail olduğu Ayşə adlı qadın dağıntılar altından çıxarılan zaman, "Can Azərbaycan. Canım qardaşlarım. İlham Əliyevə Salam olsun" sözləri ilə təşəkkür edib.

Video: https://www.instagram.com/reel/CoeQMrRqJb9/?igshid=YmMyMTA2M2Y=

Kanal14.az
Jalə Asiman