Gündəm / Dünya / Video

Surialı vətəndaş dünyaya çağırış edib - VDEO

Surialı vətəndaş dünyaya çağırış edib - VDEO

Suriyada baş verən zəlzələ nəticəsində dağıntılar altında qalanların xilas edilməsi üçün yerli vətəndaşlar səylərini davam etdirirlər.

"Kanal14.az"ın məlumatına görə bütün dünyanın diqqəti Türkiyə üzərində cəmlənib. Türkiyəyə davamlı olaraq dünyanın hər tərəfindən yardımların göndərildiyi halda, Suriya "taleyin ümidinə buraxılmış" durumda görünür.

Suriya vətəndaşı sosial şəbəkə üzərindən videogörüntü paylaşaraq, dünyadan gileylənir.

Video burada: https://fb.watch/iAln0e17t6/

O, - "Dünya bizi unudub. Türkiyədəki kimi bizə də kömək etmirlər.
Ey Məhəmməd ümməti, bizə də kömək edin, bizim heç texnikamız da yoxdur, əllərimizlə dağıntılar altında qalmış insanları xilas etməyə çalışırıq." - deyə, dünyaya çağırış edib.

Kanal14.az
Kəmalə Talıbova