Gündəm / Hadisə / Dünya

Dünyanın ekizi tapılıb

Dünyanın ekizi tapılıb

"Kanal14.az" Türkiyənin "Yeni Akit” qəzetinə istinadən yazır ki,Yer kürəsinin ekizi tapılmışdır.O,həyat üçün bütün meyarlara cavab verir. Ölçüsünə görə Yerə bənzər,istiliyinə və atmosferinə görə yaşayış əlaməti olduğu anlamına gəlinir. Qırmızı cırtdan ulduzların ətrafında fırlanan Wolf 1069b adlı planet cyguns bürcündə Yerdən 31 işiq ili uzaqdadır və Yerlə eyni kütləyə malikdir.

Yeni eksoplanet həyat üçün demək olar ki,bütün meyarlara cavab verdiyinə görə elm dünyasını həyəcanlandırdı.Ola bilsin ki,insanlar Yerin ekizləri ilə bağlı xəbərlərə öyərəşib,lakin Wolf 1069b bir qədər fərqlidir,hələ də atmosferi var,tempraturu uyğundur.O,yaşayış zonasında kütləcə Yerə ən yaxın altıncı planetdir.Yaşayış zonası Astronomiya və astrobiogiyada planetin öz ulduzlarından uzaqlığının planetin səthində maye suyunun tapılmasına imkan verdiyi sahə kimi tanınır. Ola bilsin ki, planetdə həyatı göstərən kimyavi məddələr var. Elm adamları bu planetin həyat izləri axtarmasında yeni zəmin yaradacağını düşünürlər.

Kanal14.az
Aytəkin Talıbqızı