Gündəm / Dünya

Roketi Putin verib: Yeni nəticələr

Roketi Putin verib: Yeni nəticələr

"Kanal14.az" xəbər verir ki, 2014-cü ildə Ukrayna səmasında içində 300 sərnişin olan təyyarənin vurulması ilə bağlı aparılan istintaq yeni nəticələr açıqlayıblar. İstintaq beynəlxalq prokurorlar tərəfindən aparılır.

Nəticələrə görə Putinin Rusiyanın dəstəklədiyi Ukrayna ərazisində olan separatçılara roketin təmin edilməsi ilə bağlı şəxsən qərar verdiyini sübut etmək mümkün deyil. Ancaq bunu düşünmək üçün yetərli səbəblər var.

Baxmayaraq ki, Rusiya təyyarənin vurulmasında günhkar olduğunu birmənalı şəkildə rədd edir.

Boinq 777 sərnişin təyyarəsi 2014-cü ilin iyulunda Hollandiyanın paytaxtından Kuala Lumpura uçarkən Ukraynanın Donbas əyalətinin səmasında rusiyayönlü üsyançılar tərəfindən Rusiya istehsalı olan yer-hava tipli roketlə vurulub.

İstintaqın üzvləri bildirirlər ki, 2014-cü ilin iyulunda əraziyə Donetsk Xalq Respublikası nəzarət edirdi.

İstintaqın əlində olan materiallara görə separatçılar Putinə silah tədarükü ilə bağlı rəsmi xahiş göndəriblər və Rusiya tərəfi də həmin selaratçıları təmin edib. Ancaq MH17 reysinin vurulması ilə bağlı Purinin rəsmi əmri ilə bağlı heç bir rəsmi sübut yoxdur.

Prokurorlar daha istintaq parmayacaqlarını bildiriblər. Çünki əldə olan bütün materialları araşdırıblar.

Kanal14.az
Asiman Əsədsoy