Gündəm / Siyasət

Ukrayna ‘Putinin yaxın adamı’ Medvedçuku ev məhbusu etdi

Ukrayna ‘Putinin yaxın adamı’ Medvedçuku ev məhbusu etdi
Kiyev məhkəməsi mayın 13-də Kremlə yaxın maqnat və siyasətçi Viktor Medvedçuk və dövlətə xəyanətdə ittiham edilən başqa bir rusiyayönlü millət vəkili ilə birlikdə ev dustağı edilməsinə dair hökm verib.

Məhkəmə prokurorların Medvedçukun saxlanmasına dair dinləmədən əvvəl verdiyi vəsatəti rədd edib.

Prokurorlar habelə saxlanacağı təqdirdə Medvedçukun zaminə buraxılması üçün 300 milyon hrivna (10.8 milyon dollar) zamin pulu müəyyən edilməsini istəmişdilər.

Medvedçuk hökm oxunduqdan sonra mübarizəsini davam etdirəcəyini bildirib. O deyib ki, ittihamın siyasi motivli olub-olmadığını araşdırmalıdır.

Rusiya prezidenti Vladimir Putinlə şəxsi münasibətləri olan Ukrayna millət vəkili Medvedçuka bundan əvvəl xəyanət ittihamı ilə bağlı cinayət işi üzrə onun da fiqurant olduğu barədə məlumat verilmişdi.

Bundan əvvəl Ukraynanın Milli Təhlükəsizlik Xidməti (SBU) onun Kiyevdəki evində və ofisində axtarış aparmışdı.

Medvedçuk və onun rusiyayönlü "Həyat uğrunda” müxalifət platforması bu ittihamların siyasi motivli olduğu barədə bəyanat vermişdi.

Fevral ayında Ukrayna Milli Təhlükəsizlik Şurası Medvedçuka, onun arvadı Oksana Marçenkoya və bir neçə başqa fərdə və vahidə sanksiyalar elan etmişdi.

Sanksiyalarda Medvedçukun və arvadının aktivlərinin üç ilədək dondurulması və onların ölkədə bizneslə məşğul olmalarının qadağanı nəzərdə tutulur.

Prezident Volodimir Zelenskinin hökuməti Medvedçuka aid olduğu düşünülən üç telekanala da sanksiyalar qoyub.

Bu sanksiyalar ABŞ dövlət katibi Entoni Blinkenlə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında danışıqlardan az sonra elan edilmişdi.

Medvedçukun başçılıq etdiyi platforma Ukrayna parlamentində ən böyük müxalifət fraksiyasıdır. O 450 mandatlıq parlamentdə partiyasının 44 deputatından biridir.

Putinin Medvedçukla münasibətləri o qədər yaxındır ki, Rusiya prezidenti Ukrayna deputatının qızının xaç atalığını edib.

ABŞ Ukraynada demokratiyaya ziyan vurduğuna görə Medvedçuka 2014-cü ildə sanksiyalar elan edib.

Bu sanksiyalar Ukraynanın şərqində separatçıların nəzarətində olan bölgələrdən kömür ixracı ilə bağlı aparılan cinayət təhqiqatı ilə əlaqədar elan olunmuşdu.