Gündəm / Dünya / Mədəniyyət

Lütfi Zadə

Lütfi Zadə

"Kanal14.az" bildirir ki, xalqımızın böyük oğlu, dünya elminə sonsuz töhfələr vermiş, görkəmli alim Lütfi Zadənin ( Lütfəli Rəhim oğlu Ələsgərzadə ) doğum ghünüdür. Lütfi Zadə " Qeyri səlis məntiq” və " Qeyri səlis çoxluq” nəzəriyyəsinin banısıdır. Xatırladaq ki, ABŞ Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA ) Lütfi Zadənin nəzəriyyələri əsasında idarıetmə sistemlərini tədqiq edir, lalayihələşdirir və tətbiq edir. ABŞ Kaliforniya Ştatının Berkli şəhərində " İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu yaradılıb. Dünyaca məşhur " Dupont”, " Kodak”, " Toshiba”, " Sony”, " Nissan”, " Honda”, " Kanon” Lütfizadınin nəzəriyyələri əsasında fəaliyyət göstərir.

Bu görkəmli alimin Amerikada yaşamasına baxmayaraq özünün vəsiyyəti ilə Bakıya gətirilmiş və 1-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Dünya şöhrətli alimimiz əziz xatirəsini sayğılarla yad edirik.

Kanal14.az
N.Məmərli