Gündəm / Hadisə / Dünya / Mədəniyyət

İRANDA AZƏRBAYCAN ŞAİRİNİN QƏBRİ DAĞIDILMIŞDIR

İRANDA AZƏRBAYCAN ŞAİRİNİN QƏBRİ DAĞIDILMIŞDIR

Azərbaycanda 13-cü yüzilliyin ikinci yarısında Xorasan vilayətinin Əsfərain şəhərində yazıb yaradan şair İzəddin Həsənoğlunu yaqin ki, çox adam tanıyır. Öz ana dilimizdə şeirləri bizə gəlib çatan şairlərdən söz düşındə birinci İzzəddin Həsənoğlunun adı çəkilir. Eşitdiyimizə görə uzun illərdən sonra İ,Həsənoğlunun təmir olunmuş qəbri bu yaxınlarda vəhşicəsinə sökülüb- dağıdılmışdır.
Biz bunun nə qədər həqiqət olduğunu öyrənmək üçün Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitunun uluslararası əlaqələr şöbəsinin müdiri hörmətli tədqiqtçı türkoloq alim Əli Şamillə əlaqə saxladıq. Əli müəllim dedi:

- Həsənoğlunun Azərbaycan türkcəsində "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər", "Necəsən gəl, ey yüzü ağım bənim" və "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı 3, farsca isə "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim" başlıqlı 1 qəzəli araşdırıcılara məlum idi. Seyfəddin Altaylı isə onun peyğəmbərimizə həsr olunmuş böyük bir poemasını tapıb nəşrə hazırlayıb.

"Kanal14.az" bildirir ki, Həsənoğlunun adının son dövrlər tez-tez çəkilməsi yerli milli ziyalıları da hərəkətə gətirdi. Şairin uçub dağılmış qəbrini ötən il bərpa etdilər. Yaxşı ki, qəbrin bərpa edilmiş vəziyyətdəki üç şəkilini FB paylaşmışdıq. Bu səhər isə acı bir xəbər gəldi. Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Yazıblar ki, farslar qəbiri dağıdıb. Buna mən inanmıram. Hökumətin icasəsi olmadan belə bir addımı heç kim atmağa cəsarət etməz. Ciddi araşdırma aparılsa görəcəyik ki, hökümətdə çalışanların tapşırığı ilə fars millətçilərinin təsiri altında olan türkün əli ilə dağıtdırıblar.
Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirələr. Sonuncu şəkil qəbirin dağıdılmış vəziyyətidir.

Kanal14.az
N.Məmərli