Gündəm / Siyasət

Hulusi Akar Xocalıya həsr olunmuş sərgini ziyarət edib

Hulusi Akar Xocalıya həsr olunmuş sərgini ziyarət edib
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları Komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri Komandan Adnan Özbal və Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Həsən Küçükakyüzlə birlikdə Mərkəzi Zabitlər Evində "29-cu ilində Xocalı Soyqırımı” foto sərgisinin açılış mərasimində iştirak edib.

APA-nın xəbərinə görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə keçirilən sərgini gəzən H. Akar və digərlərinə fotolara dair məlumat verilib.

H. Akar Xocalı qətliamını unutmadıqlarını bildirib: "29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Azərbaycan Türkü qardaşlarımızın acısı ürəyimizdə yaşamağa davam edirik. Bu qətliamı unutmadıq, unutmayacağıq. Keçmişi əsla unutmayacağıq, fəqət gələcəyə baxacağıq. Xocalıda şəhid edilən bütüm soydaşlarımıza Allahdan rəhmet diləyirəm”.