Gündəm / Siyasət / Cəmiyyət

Bəxtiyar Hacıyevin vəziyyəti ağırlaşıb

Bəxtiyar Hacıyevin vəziyyəti ağırlaşıb

Bəxtiyar Hacıyev inadını davam etdirir. O, günahsız yerə həbs olunduğunu israrlı şəkildə bildirərək etiraz əlaməti olaraq aclıq aksiyasına başlamışdır.

"Kanal14.az" bildirir ki, bu gün onun aclıq etdiyinin 24- cü günü tamam olur. B. Hacıyevin əsas tələbi özünün və siyasi məhbusların azadlığıdır. "Amerikanın səsi” Radiosunun Azərbaycan üzrə müxbiri Fərhad Tapdıqoğlu Tvitter hesabında yazır: " Bıxtiyar Hacıyevin anası Solida Mövlayeva təcridxanada oğlu ilə görüşəndən sonra " Amerikanın səsi”nə bildirmişdir ki, oğlu səhhətilə bağlı ağrılsrını ona hiss etdirməməyə çalışırdı. " Gözləri çox solğun idi. Gözləri çuxura düşüb, gözlərinin altı qaralıb. Əllərindən tutdum, qanı az olan adamlar kimi çox soyuq, buz kimi idi. Nəbzini tutdum, hiss etmədim ki, nəbzi vurur və vurmur.”

Penitensar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən " Amerikanın səsi”nə bildirmişlər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb – sanitar hissəsində həkim nəzarətindədir.

Kanal14.az
Nizami Təhməzov