Gündəm / Cəmiyyət

İNDİ BİZ NƏ EDƏK? - Redaksiyaya məktub

İNDİ BİZ NƏ EDƏK? - Redaksiyaya məktub

Kanal14.az: - -Hörmətli redaksiya! Mən bu məktubu sizə böyük ürək ağrısı ilə yazıram. Çünki yaşımın elə vaxtıdır ki, şikayət etməyi özümə sığışdırmıram. Amma dözə bilmirəm, ürəyim ağrıyır. Rüşvətxorluq, korrupsiya ölkəni ağzına alıb gedir. Cənab Prezident kimi tərpədirsə, kimi işdən çıxarırsa altındam milyonlar, milyardlar çıxır. Onlar bu millətin, bu xalqın düşmənidir, nədir? İnanıb, etibar edib vəzifəyə qoyurlar ac qurd kimi ölkənin varın- dövlətin çapıb- talayırlar. Neqativ hallar ölkəni bürüyüb. Elə bil Azərbaycan yadellilər tərəfindən yağmalanıb. Neqativ hallar ölkləni bürüyüb. Elə bil hansısa yad bir yerdə yaşayırıq. Doğulub boya- başa çatdığımız ölkədə özümüzü ögey, yad hiss edirik. Niyə? Nədi, nə olub? Bu insanlara niyə belə yabançı münasibət bəsləyirlər? Biz həmişə, hər zaman Ulu öndər Heydər Əliyevin, onun varisi cənab Prezidentimiz İlham Əliyevin yanında olmuşuq. Onların siyasi kursunu dəstəkləmişik. İndi nə olu, nə baş verib ki? Belə çıxir ki, biz indi daha bunlara lazım deyilik?!

Hörmətli redaksiya! Biz " Kanal14.az” saytı olaraq sizə çox inanırıq. Fikir veririk, siz həmişə, hər zaman xalqın, aşağı zümrəli insanların yanında olur, onların dərdlərinə qulaq asır, şikayətlərini dinləyir, problemlərini həll etməyə çalışırsınız. Çox sağ olun, buna görə sizə çox dərin təşəkkür edirik. İndi də ölkə əhalisinin 90 faizinin hər gün geniş istifadə etdiyi avtobusların və metronun gediş haqqını 10 qəpik artırdılar. Heç başa düşürlər bu nə deməkdir?! Bir gündə bir yerə bir dəfə gedib gəlmək üçün ən azı 2-4 manat pul lazımdır.Orta hesabla ayda 40 – 60 manat! Bu, aşağı təbəqəli qara camaat üçün fantastik bir qiymətdir. Olduqca bahadır. Hələ qazın, işığın, suyun pulunu demirəm. Bunlar nə düşünürlər? Nə etmək istəyirlər? Bu insanların axırına çıxmaqmı istəyirlər? Cənab Prezidentə əlimiz çatmır, səsimiz yetmir. Məmurlar da bizi qırır, ölkəni dağıdırlar. 5 manat artırıb, əvəzinə 25 manat alırlar. Hörmətli redaksiya! Xahiş edirəm, mənim bu məktubumu saytınızda verəsiniz. Bəlkə onda səsimizi eşidər, bizə bir gün ağlayarlar.
Hörmətlə: Əlisəftər İmamyarov.
Sabunçu qəsəbə sakini