Gündəm / Siyasət / Dünya

ABŞ dəniz piyadaları Çin təhlükəsinə qarşı necə formalaşdırılır?

ABŞ dəniz piyadaları Çin təhlükəsinə qarşı necə formalaşdırılır?

Hazırda ABŞ-da əsasən təqaüddə olan yüksək rütbəli zabitlərin təhlilləri və araşdırmaları ciddi müzakirələrə gətirib çıxardıb. Ağ evdə görüşən ABŞ və Yaponiya nümayəndələrinin müzakirələrində Amerikanın təhlükəsizlik öhtəlikləri xatırladılıb. ABŞ Fors Dizayn 2030 layihəsində dəniz qüvvələrini gpzlənilən Çin təhlükəsinə qarşı hazırlamaq nəzərdə tutukub.

"Kanal14.az" xəbər verir ki, Yüksək rütbəli zabitlər ABŞ dəniz piyadalarının arsenalında ciddi yeni dəyişiklikliklər etməli olduğunu iddia edirlər. Sakit okeanın və Çinin İraq və Əfqanıstan olmadığını, burda adalar zincirinin təhlükəsizliyinin şərt olduğu irəli sürülür. Dəniz piyadalarının arsenalında tankların sayının 3/4-nün azaldılması gərəkdiyi vurğulanır. Artıq uzaqmənzilli roketlərdən və Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadənin genişləndirilməsi gərəkdiyinin Rusiya-Ukrayna müharibəsindən də gördüklərini deyirlər. Müəyyən bir qrup isə tələblərə qarşı hazırkı ordunun yetərli olduğunu, deyilən qədər dəyişikliyə ehtiyac olmadığı fikrini müdafiə edir.

Çin son illərdə texnologiyaya böyük üstünlük verməsinə rəğmən hələ də ABŞ-dan keçməyi bacarmayıb. Buna görə də dəniz piyadalarının hər zaman Çinin gözlənilən təhlükəsindən irəlidə olmağı bacaracağına inandıqları cavabdeh tərəfin özüne müdafiəsindən də açıq sezilir.
İstənilən halda bu müzakirələr Çin təhlükəsinin olduğunu və bunun genişləndiyini göstərir. Od olmasa, bu boyda tüstü də çıxmazdı.

Kanal14.az
KamalƏsgərov