Gündəm / Cəmiyyət / Foto

Yaşayış ərazisində antisanitariya.... üfunət... - FOTO

Yaşayış ərazisində antisanitariya.... üfunət... - FOTO

KLanal14.az: - İki insan arasında mübahisə yaranan zaman, birisinin digərinə qarşı söylədiyi kobud ifadələr içərisində "heyvan" (oxuculardan üzr istəyirik) kəlməsi ağır həqarət hesab edilir. Lakın, bir də dönüb heyvanların izlərinə və Ağstafa rayonu Səməd Vurğun qəsəbəsində yaşayan insanların izlərinə baxdıqda, heyvanlardan "üzr istəmək" istəyir adam.

"Kanal14.az" bildirir ki, qəsəbənin ərazisi ilk baxışda yaşayış yerindən çox, məişət tullantılarının poliqonunu xatırladır. Qəsəbə sakinləri illərdir üz-üzə qaldıqları problemlərini rayonun rəhbərliyinin qulağına qışqırsa da rayonun İcra Başçısı Seymur Orucov "qulaqlarına tıxadığı pambığı cıxarıb" Səməd Vurğun qəsəbəsinin sakinlərini duymaq istəmir.

Qəsəbənin sakinləri günü-gündən məişət tullantıları ilə doldurulan ərazidə nə qədər hay-haray salsalar da nə boyları, nə də səsləri zibilliklər arasından kənara bıxa bilmir.

İnsan özünü ali varlıq hesab edir. Ətrafa mükəmməl birisi kimi görünməyə can atır. Əlbətdə ki, insan olmağın şərtləri də bunu tələb edir. Lakin, insan olaraq arxada buraxdığımız izlərimiz təbiəti elə bir hala gətirib ki, nəinki özümüz, ümumiyyətlə digər canlılar üçün də təhlükə mənbəyinə çevrilmişdir.

Unutmaq olmaz ki, Ağstafa rayonunun Səməd Vurğun qəsəbəsində baş alıb gedən iyrənc mənzərə özü ilə bərabər neçə-neçə ağır yoluxucu xəstəliklər də gətirir. Yayın istisində məişət tullantılarının bakterioloji viruslarının törətdiyi təhlükə görünür, hələ ki, rayonun Gigiyena və Epidemologiya mərkəzinin maraqlarına xidmət etmir. Necə deyərlər, "suyun şırıltısına baxır". Onlar baxır, sakinlər isə antisanitar vəziyyətdən batır.
Düşünürük nə desək, nə yazsaq bəhs etdiyiniz mənzərənin önündə sönük qalacaq.

Görüntülərlə bağlı aidiyyatı idarənin, yaxud rayon rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq

Kanal14.az
Tərifə Maksudova