Gündəm / Cəmiyyət / Foto / Video

"Selman" kəsmiyinin iyrənc görüntüləri - VİDEO + FOTO


"Selman" süd məhsullarının istehsalı olan məhsulun iyrənc görüntüləri yayılıb.

"kanal14.az" xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsində paylaşım edilib.



Paylaşılan video və fotolarda kəsmiyin içərisində bükülü vəziyyətdə olan böyük bir kağız parçasının olduğu aydın görünür.

Qida məhsullarından tez-tez rast gəlinən bu kimi halların qarşısının alınması məqsədilə yeni yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sektoruna verdikləri sertifikatlar görəsən hansı yoxlamaların nəticəsi olaraq təqdim edilir?

Bu kimi halların baş verməsi istehsalçı müəssisədə natəmizliyin, antisanitar vəziyyətin mövcud olduğunun göstəricisidir.

P.S: Görüntülərlə bağlı istehsalçı müəssisə "Selman" süd məhsullarının satış meneceri ilə telefon əlaqəsi saxladıq.
Görüntüləri gördükdən sonra fikir bildirəcəklərini dedilər. Votsap vasitəsilə göndərdik, lakin, videonu izlədikdən sonra müəssisə tərəfindən bizimlə əlaqə saxlayan olmadı.
Bəlli ki, veriləcək cavabları olmadı.

Qeyd edək ki, məsələ ilə bağlı AQTA-ya göndərilməsi üçün "Kanal14.az" redaksiyası tərəfindən rəsmi müraciət hazırlanır.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Kanal14.az
Jalə Əsədova