Gündəm / Cəmiyyət / Hadisə / Mədəniyyət

Həyat yoldaşı onun haqqında bu sözləri dedi - FOTO

Həyat yoldaşı onun haqqında bu sözləri dedi - FOTO

Azərbaycan Mədəniyyətinin səmasından daha bir ulduz axdı.

"Kanal14.az" xəbər verir ki, 23.01.2022-ci il tarixində səhnəmizin "toppuş bacı"sı Tünzalə Əliyeva dünyasını dəyişib.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun müddətdir el arasında "xərçəng xəstəliyi" adlanan onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Həyat yoldaşı onun haqqında bu sözləri dedi - FOTO

Tünzalə Əliyevanın ölümündən sonra həyat yoldaşı onun instaqram hesabında bu sözləri paylaşıb:

"Sən gördüyüm, tanıdığım ən gözəl insan idin! Ən gözəl həyat yoldaşı idin! Həm ata, həm ana idin mənə, həm bacı, həm qardaş oldun mənə, ən yaxın dostum idin mənim!

Mən səndən cox razı oldum, Allah da səndən razı olsun mənim gözəl həyat yoldaşım
İnşallah qiyamətdə görüşərik!"

Qeyd edək ki, Tünzalə Əliyeva aləli idi və bir qız övladı yadigar qaldı.

O ölməyi istəmirdi.
Övladı üçün yaşamaq, onun böyüdüyünü görmək istəyirdi, əcəl macal vermədi.

Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Kanal14.az
Jalə Asiman